Bakı. 16 yanvar. REPORT.AZ/ Yanvarın 15-də Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfəri başa çatıb.
"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.