Yuxarı
    Bağlamaq

    ​İlham Əliyev ölkəmizə yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul edib

    Seyşel Adaları, İrlandiya, Ekvador, Peru, Uruqvay, Slovakiya, Həbəşistan, Monteneqro və Venesuela diplomatları prezidentin qəbulunda olublar

    Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev martın 28-də ölkəmizə yeni təyin olunmuş bir sıra dövlətlərin səfirlərinin etimadnamələrini qəbul edib.

    "Report" xəbər verir ki, Seyşel Adaları, İrlandiya, Ekvador, Peru, Uruqvay, Slovakiya, Həbəşistan, Monteneqro və Venesuela diplomatları Dik Esparo, Brendan Uard, Humberto Vinueza Rodriqez, Xorke Abarka del Karpio, Anibal Kabral Seqalerba, Peter Pripute, Ayalev Qobezie Vorkneh, Branko Miliç və Amenothep Zambrano Kontreras öz etimadnamələrini ölkə başçısına təqdim ediblər.

    Görüşlər zamanı ikitərəfli münasibətlərə toxunulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi