​İlham Əliyev İordaniya kralına təbrik məktubu ünvanlayıb

​İlham Əliyev İordaniya kralına təbrik məktubu ünvanlayıb Prezident qardaş İordaniya xalqına sülh və firavanlıq diləyib
Daxili siyasət
23 May , 2015 19:03
​İlham Əliyev İordaniya kralına təbrik məktubu ünvanlayıb

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev İordaniya kralı II Abdullah ibn əl-Hüseynə təbrik məktubu ünvanlayıb.

“Report” xəbər verir ki, prezident ərəb həmkarını Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə təbrik edib.

“Əlahəzrət, əziz qardaşım, İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu əlamətdar gündə sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim sülh və firavanlıq diləyirəm”, - deyə məktubda bildirilir.

Son xəbərlər

Orphus sistemi