​İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti ilə görüşüb

​İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti ilə görüşüb Görüşdə I Avropa Oyunları barədə ətraflı fikir mübadiləsi aparılıb
Daxili siyasət
14 İyun , 2015 00:41
​İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti ilə görüşüb

Bakı. 14 İyun. REPORT.AZ/ Ötən gün Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə I Avropa Oyunları barədə ətraflı fikir mübadiləsi aparılıb.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax birinci Avropa Oyunlarının ilk günlərində maraqlı yarışların olduğunu dedi. O, “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasiminin çox təntənəli keçdiyini vurğulayıb.

Prezident İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın birinci Avropa Oyunlarına hərtərəfli dəstəyini xüsusi qeyd edərək bu amilin Oyunların əhəmiyyətini daha da artırdığını dedi. Dövlətimizin başçısı birinci Avropa Oyunlarının ilk günündə Azərbaycan idmançılarının bir neçə medal qazanmasının önəmini qeyd etdi. Azərbaycan Milli Olimpiya Komitəsi ilə Beynəlxalq Olimpiya Komitəsi arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa mühüm töhfələr verdiyi qeyd olundu. Mötəbər beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsinin bunun yaxşı nümunəsi olduğu vurğulandı.

Son xəbərlər

Orphus sistemi