​İki partiya Demokratiya və İnsan Haqları Mərkəzində fəaliyyətini dayandırıb

​İki partiya Demokratiya və İnsan Haqları Mərkəzində fəaliyyətini dayandırıb Buna səbəb orada təmsil olunan 8 partiyanın Azadlıq-2015 Seçki Blokunu yaratmasıdır
Daxili siyasət
5 Fevral , 2015 13:06
​İki partiya Demokratiya və İnsan Haqları Mərkəzində fəaliyyətini dayandırıb

Bakı. 5 fevral. REPORT.AZ/ İki partiya Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində (SPDİHM) fəaliyyətini dayandırıb.

"Report"un əldə etdiyi məlumata görə, Ümid və Azərbaycan Demokrat Partiyası (ADP) SPDİHM-dən çıxıb. Buna səbəb orada təmsil olunan 8 partiyanın "Azadlıq-2015" Seçki Blokunu yaratmasıdır.

ADP sədri "Report"a faktı təsdiqləyib. O deyib ki, Mərkəz bundan sonra fəaliyyətini seçki ilə bağlı məsələlərə həsr edəcək: "Bir halda ki, seçki məsələlərində bir yerdə deyilik, onlara mane olmamalıyıq. Bu səbəbdən, Mərkəzdə fəaliyyətimizi dayandırdıq".

Ümid Partiyasının sədr müavini Taleh Əliyev də "Report"a açıqlamasında SPDİHM-də fəaliyyətlərini dayandırdıqlarını təsdiqləyib.

Qeyd edək ki, Mərkəzin sonuncu toplantısında 8 siyasi partiya - Azərbaycan Xalq Partiyası (AXP), Azadlıq Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası( KXCP), Aydınlar Partiyası, Azad Demokratlar Partiyası (AzDP), Vətəndaş və İnkişaf Partiyası (VİP), Böyük Azərbaycan Partiyası (BAP) və Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) "Azadlıq-2015" Seçki Blokunun yaradılması ilə bağlı qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi