İdman yarışlarına giriş biletlərini saxtalaşdıran və yüksək qiymətə satanların cəriməsi dəyişdirilir

İdman yarışlarına giriş biletlərini saxtalaşdıran və yüksək qiymətə satanların cəriməsi dəyişdirilir İnzibati Xətalar Məccəlləsində ediləcək dəyişikliyə əsasən, bu sahədə qanunun tələblərini və qaydaları pozan fiziki şəxslər də cərimə olunacaqlar
Daxili siyasət
17 Oktyabr , 2015 12:20
İdman yarışlarına giriş biletlərini saxtalaşdıran və yüksək qiymətə satanların cəriməsi dəyişdirilir

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanda kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması, yaxud müəyyən edilən tariflərdən yüksək qiymətə satılmasına görə tutulan cərimələrin miqdarında dəyişiklik edilir. "Report" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişik olunacaq. 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunan layihəyə əsasən, qaydaları pozan hüquqi şəxslərdən tutulan cərimənin miqdarı 5 000 manatdan 6 000 manatadək artırılır. 

Vəzifəli şəxslərin cəriməsi isə azaldılır, onların cəriməsi 2 000 deyil, 1 500 manat olacaq.  

Dəyişiklik layihəsinə əsasən, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə fiziki şəxslərdən tutulan cərimə dəyişməyib. Belə qanun pozuntusuna yol verənlər 500 manat cərimələnəcəklər. 

Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərini müəyyən edilən tariflərdən yüksək qiymətə satan fiziki şəxslər də cərimə olunacaqlar. İnzibati Xətalar Məcəlləsində ediləcək dəyişikliyə əsasən, fiziki şəxslər 700 manat cərimə ediləcəklər. 

Biletləri baha qiymətə satan fiziki şəxslərin cəriməyə cəlb olunması ilk dəfədir tətbiq edilir. Hazırda qüvvədə olan maddə bu sahədə qanunun tələblərini və qaydaları pozan fiziki şəxslərin cərimələnməsini nəzərdə tutmur. 

Qeyd edək ki, mövcud dəyişiklik Milli Məclisin oktyabrın 20-də keçiriləcək payız sessiyasının son plenar iclasında müzakirə olunacaq.  

Son xəbərlər

Orphus sistemi