Bakı. 23 fevral. REPORT.AZ/ Milli Arxiv İdarəsində “İdarə arxivlərinin əsas iş qaydaları”nın yeni redaksiyada layihəsi hazırlanaraq aidiyyəti qurumların ictimai müzakirəsinə təqdim edilib. Bu barədə "Report"a İdarədən məlumat verilib.
Məlumata görə, təqdim olunan bu Qaydalar dövlət orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkili, arxiv fondu sənədlərinin formalaşdırılması, dəyərinin ekspertizası, mühafizəsi, uçotu, elmi-məlumat aparatının yaradılması, istifadəsi, dövlət mühafizəsinə vermək üçün hazırlanması və təhvil verilməsinin normativ əsaslarını müəyyən edir. Layihə aidiyyəti qurumların, idarə, müəssisə və təşkilatların açıq ictimai müzakirəsinə təqdim olunub. "İdarə arxivlərinin əsas iş qaydaları"nın layihəsi İdarənin rəsmi saytında yerləşdirilib.