İcra katibi: "Ölkədə islahatların həyata keçirilməsinə YAP öz töhfələrini verir və bundan sonra da verəcək"

İcra katibi: "Ölkədə islahatların həyata keçirilməsinə YAP öz töhfələrini verir və bundan sonra da verəcək" İnsanlar Prezidentin həyata keçirdiyi islahatların nəticəsini görür. Bu islahatların həyata keçirilməsinə YAP öz töhfələrini verir və bundan sonra da verəcək.
Daxili siyasət
28 Noyabr , 2019 15:16
İcra katibi: Ölkədə islahatların həyata keçirilməsinə YAP öz töhfələrini verir və bundan sonra da verəcək
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov / Report/ Elchin Murad

"İnsanlar Prezidentin həyata keçirdiyi islahatların nəticəsini görür. Bu islahatların həyata keçirilməsinə YAP öz töhfələrini verir və bundan sonra da verəcək".

"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov YAP-ın Siyasi Şurasının bugünkü iclası ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O vurğulayıb ki, 2019-cu ili islahatların daha dinamik aparıldığı il hesab etmək olar:

"2019-cu ildə hamının məmnunluğuna səbəb olan sosial paket həyata keçirilib. Digər tərəfdən kadr islahatları aparılıb və insanların məmnunluğu ilə qarşılanıb. Prezident tərəfindən həyata keçirilən islahatlar sistemli geniş əhatəli xarakter alıb".

Son xəbərlər

Orphus sistemi