​Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişiklikləri olub

​Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişiklikləri olub Birinci müavin Ağaəli Əhmədov və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zahid Xəlilov tutduqları vəzifədən azad olunublar
Daxili siyasət
592
11 Sentyabr , 2015 14:39
​Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişiklikləri olub

Bakı. 11 sentyabr. REPORT.AZ/ Nəsimi Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri olub.

"Report"un məlumatına görə, Nəsimi RİH başçısı Asif Əsgərovun imzaladığı qərarla rayon icra hakimiyyəti başçısının birinci müavini Ağaəli Əhmədov və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zahid Xəlilov tutduqları vəzifədən azad olunublar. 

Onların yerinə təyin olunan kadrlar isə Səbail Rayon İcra Hakimiyyətindən gətirilib. A.Əsgərovun qərarı ilə Yavər Allahverdiyev Nəsimi RİH başçısının birinci müavini, Pərvanə Kazımzadə isə icra hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib.

Y.Allahverdiyev bundan əvvəl Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, P.Kazımzadə isə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində işləyiblər. 

Qeyd edək ki, sentyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Səbail RİH başçısı Asif Əsgərov tutduğu vəzifədən azad edilərək Nəsimi RİH başçısı təyin edilib.

Son xəbərlər

Orphus sistemi