Bakı. 22 may. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov fasadında yanmağa meylli materiallar olan binalarda söküntü işlərinin hansı qurum tərəfindən həyata keçirilməsi məsələsinə aydınlıq gətirib.
"Report"un xəbərinə görə, icra başçısı bu gün sakinlərlə keçirdiyi görüşdə bildirib ki, söküntü işlərini binaya üzlüklərin çəkilməsində məsuliyyətli olan tikinti şirkətləri özləri reallaşdırır.
İcra başçısı qeyd edib ki, iyunun 12-də Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər bütün işlər başa çatdırılacaq, söküntünün fəsadları aradan qaldırılacaq.