İcra başçısı: "Bayıldan köçürülənlərə verilən kirayə haqqının aşağı məbləği 260 manatdır"

İcra başçısı: "Bayıldan köçürülənlərə verilən kirayə haqqının aşağı məbləği 260 manatdır" "İlkin mərhələdə 67 ailəyə kirayə haqqı ödəniləcək"
Daxili siyasət
133
19 Fevral , 2018 13:18
İcra başçısı: Bayıldan köçürülənlərə verilən kirayə haqqının aşağı məbləği 260 manatdır
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov / Report/ Elchin Murad

Bakı. 19 fevral. REPORT.AZ/ "Bayıl sürüşmə zonasında ilkin mərhələdə 67 ailəyə kirayə haqqı ödəniləcək. Bu məbləğ ailə tərkibindən asılıdır”.

"Report" xəbər verir ki, bunu ərazidə yaşayan sakinlərlə görüşündə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, kirayə haqqının aşağı məbləği 260 manatdır: “Sakinlər kirayə haqqını sabahdan ala biləcəklər. Banklarda hesab açılacaq, vətəndaşlar da şəxsiyyət vəsiqələrini təqdim etməklə pulu ala biləcəklər. Hazırda 67 ailə sənədlərini təqdim edib, onlara pul veriləcək. Evləri dağılanlara da kompensasiya veriləcək. Belə evlərin sayı 4-dür. Bu kompensasiyanın məbləği də normativlərə uyğundur”.

E.Əzizov qeyd edib ki, təhükəli zonada 98 ev yerləşir, həmin evlərin 90 faizi 2000-ci illərə qədər tikilib, onların yalnız birinin sənədi var: “Hər şey mütəxəssislərin rəyindən asılı olacaq, elə ərazilər var ki, narahatlığa əsas yoxdur. Ərazi ilə bağlı qərar mütəxəssislərin rəyindən sonra veriləcək. Orada elə evlər var ki, ona ev demək olmaz, sadəcə, tikilidir. Buna baxmayaraq, dövlət hər kəsə bərabər münasibət göstərir. Başqa ölkələrdə bir qədər fərqlidir, sənədləri yoxdursa, dövlət kompensasiya vermir. Amma Azərbaycanda elə deyil, dövlət diqqət və qayğı göstərir. Sakinlər səbrli olsun, hər şey qaydasına düşəcək”.

İcra Hakimiyyətinin başçısı sakinlərin kirayədə qalma müddəti ilə bağlı da danışıb: “Bu, mütəxəssislərin rəyindən asılı olacaq. Bu müddət 1 ay, 3 ay, 5 ay və.s ola bilər”.

Son xəbərlər

Orphus sistemi