Gəncənin icra başçısı “2019 - CICA şəhər merlərinin Zirvə Toplantısı”nda iştirak edir

Gəncənin icra başçısı “2019 - CICA şəhər merlərinin Zirvə Toplantısı”nda iştirak edir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Cənubi Koreyanın Qvanqju şəhərində keçirilən “2019 - CICA şəhər merlərinin Zirvə Toplantısı”nda iştirak edir.
Daxili siyasət
29 Oktyabr , 2019 11:29
Gəncənin icra başçısı “2019 - CICA şəhər merlərinin Zirvə Toplantısı”nda iştirak edir

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Cənubi Koreyanın Qvanqju şəhərində keçirilən “2019 - CICA şəhər merlərinin Zirvə Toplantısı”nda iştirak edir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, “Kreativ, innovativ şəhər inşa etməkdə yerli icra strukturlarının rolu” mövzusunda təşkil olunan Zirvə Toplantısında Avropa və Asiyanın 15 müxtəlif şəhərindən dəvət olunmuş nümayəndə heyətləri, Azərbaycanın Cənubi Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov, səfirliyin əməkdaşları yer alıblar.

“2019 - CICA şəhər merlərərinin Zirvə Toplantısı”nın açılış mərasimində çıxış edən Niyazi Bayramov Gəncənin tarixi, mədəniyyəti, iqtisadiyyatı və nailiyyətləri barədə məlumat verib. Toplantının əhəmiyyətindən söz açan şəhər rəhbəri bildirib ki, bu kimi tədbirlər “ağıllı şəhər”lərin yaradılması üçün ideya və fikir mübadilələrinin aparılması, qarşılıqlı yardım, tərəfdaşlıq və əməkdaşlıq imkanlarının təhlil edilməsi baxımından olduqca faydalıdır. Həmçinin Niyazi Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət müstəvisində bir çox dövlətlərlə və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıqların qurulduğunu qeyd edib. Çıxışın sonunda Gəncə haqqında video-çarx nümayiş olunub.

Səfər çərçivəsində Niyazi Bayramovun Qvanqju şəhərinin meri Li Yonqsapla ikitərəfli görüşü baş tutub. Görüş zamanı Azərbaycanla Koreya arasındakı dostluq əlaqələrindən söhbət açılıb, Gəncə və Qvanqju şəhərlərinin müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib. 

Görüşün sonunda Niyazi Bayramov Gəncə şəhərinin nümayəndə heyəti adından Qarabağ xalçasını hədiyyə olaraq merə təqdim edib.

Zirvə Toplantısı işini davam etdirir.

Son xəbərlər

Orphus sistemi