Yuxarı

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni rəisi kimdir? - FOTO

Əsgər Ələkbərov bu təyinata qədər sığorta şirkətində İdarə Heyətinin sədri olub

Bakı. 13 may. REPORT.AZ/ Dünən Prezident İlham Əliyev Əsgər Əyyub oğlu Ələkbərovun Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Report”un xəbərinə görə, Ə.Ələkbərov bu təyinata qədər "Qala Həyat" sığorta şirkəti ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Ə.Ələkbərov 13 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun İdarəetmə fakültəsini bitirib. 1994-1996-ci illərdə Azərbaycan Beynəlxalq Bankında beynəlxalq əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışıb. 1996-2002-ci illərdə "HSBC Bank Middle East" Bakı ofisində xəzinədarlığıın müdiri və əməliyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. 2002-ci ildə "LFS Financial Systems GmbH" şirkətində və Asiya İnkişaf Bankının Bakı ofisində məsləhətçi vəzifəsində çalışıb. 2003-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyidə Milli Koordinasiya Bürosunun icraçı direktoru və Xarici İnvestisiyaların və Yardımların Əlaqələndirilməsi şöbəsinin müdiri vəzifələrində çalışıb. 2009-2010-cu illərdə "Merkuri Konsaltinq" şirkətində müdir müavini vəzifəsində işləyib. 2010-2012-ci illərdə "CİFAL GROUPE" şirkətinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.

2012-ci ildən "Qala Həyat" SŞ ASC-nin İdarə Heyətinin sədri vəzifəsində olub. 

Ailəlidir, bir qızı və bir oğlu var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi