İbrahim Məmmədov: "Aidiyyəti olmayan SMS-lər vaxt itkisidir"

İbrahim Məmmədov: "Aidiyyəti olmayan SMS-lər vaxt itkisidir" Azərbaycan testi alarkən qiymətə yox keyfiyyətə baxır. Alınan testlərin də kifayət qədər yüksək qiyməti var.
Daxili siyasət
8 Aprel , 2020 17:45
İbrahim Məmmədov: Aidiyyəti olmayan SMS-lər vaxt itkisidir

"Azərbaycan testi alarkən qiymətə yox keyfiyyətə baxır. Alınan testlərin də kifayət qədər yüksək qiyməti var".

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

İ.Məmmədovun sözlərinə görə, aidiyyəti üzrə göndərilməyən icazə SMS-ləri sadəcə vaxt itkisidir.

O bildirib ki, bugünkü şərtlər məhdudiyyətlərin sərtləşməsinə zəmin yaradır.

İ.Məmmədov xatırladıb ki, hələ ölkədə 1 yoluxma faktı qeydə alınmadığı vaxtda xəstəxanalar boşaldılmışdı:

"Bu kimi qoruyucu tədbirlərin davamlı və effektli olması üçün əhalinin də dəstəyi lazımdır".

Son xəbərlər

Orphus sistemi