Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nizamnamə fondunun məbləği açıqlanıb

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nizamnamə fondunun məbləği açıqlanıb Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nizamnamə fondunun məbləği açıqlanıb.
Daxili siyasət
19 May , 2022 12:36
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nizamnamə fondunun məbləği açıqlanıb

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nizamnamə fondunun məbləği açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin nizamnaməsində qeyd olunub.

Beləliklə, nizamnamə fondunun məbləği 100 min manat təşkil edir.

Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

Mərkəz öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

Mərkəz qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Mərkəzin, onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

Mərkəzin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülür.

Mərkəzin məhsulları tənzimlənən qiymətlərə aid deyildir.

Son xəbərlər

Orphus sistemi