Hikmət Hacıyev: "Qaydalara hamımız əməl etməliyik"

Hikmət Hacıyev: "Qaydalara hamımız əməl etməliyik" “Pandemiya başlayandan bu günə qədər daxili işlər orqanlarımız ön cəbhədə olublar. Onlar tərəfindən böyük işlər görülüb”.
Daxili siyasət
1134
29 Avqust , 2020 12:13
Hikmət Hacıyev: Qaydalara hamımız əməl etməliyik

“Pandemiya başlayandan bu günə qədər daxili işlər orqanlarımız ön cəbhədə olublar. Onlar tərəfindən böyük işlər görülüb”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, Ələt postunda istisna xarakter daşıyan pozuntu halları varsa bununla bağlı Operativ Qərargaha məlumat verilə bilər:

“Bəzi sosial şəbəkələrdə belə bir məlumatlar olmuşdu. Əminliklə deyə bilərəm ki, bu məsələlər Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülür. Hər bir fakt araşdırılır. Ancaq çox təəssüflər olsun ki, bəzi insanlar tərəfindən də sui-istifadələrə yol verilməsi, paralel yollardan keçid halları da olub. Ona görə də hamımız məsuliyyətli olmalıyıq”.

H.Hacıyev Gəncəyə getməsi ilə bağlı suala isə belə cavab verib:

“Qaydalara hamımız əməl etməliyik. Cənab Prezident tərəfindən hər bir məmur və dövlətin işçisinin qarşısına qoyulan tapşırıq ondan ibarətdir ki, hər bir dövlət işçisi xalqımızın xidmətçisi olmalıdır. Mən də bu qaydalara əməl etməyə çalışıram”.

Son xəbərlər

Orphus sistemi