Hikmət Babaoğlu: "Qərbi azərbaycanlılar ömürlərinin qalan hissəsini öz torpaqlarında yaşamaq istəyirlər"

Hikmət Babaoğlu: "Qərbi azərbaycanlılar ömürlərinin qalan hissəsini öz torpaqlarında yaşamaq istəyirlər" "Qərbi azərbaycanlılar ömürlərinin qalan hissəsini öz torpaqlarında keçirmək istəyirlər".
Daxili siyasət
30 Yanvar , 2023 15:53
Hikmət Babaoğlu: Qərbi azərbaycanlılar ömürlərinin qalan hissəsini öz torpaqlarında yaşamaq istəyirlər

"Qərbi azərbaycanlılar ömürlərinin qalan hissəsini öz torpaqlarında keçirmək istəyirlər".

Bunu Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu "Report"a müsahibəsində deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycana qayıdış təkcə Qərbi azərbaycanlıların məsələsi deyil: "Bütövlükdə Azərbaycan xalqının indiki mərhələdə qarşısına qoyduğu mühüm məqsədlərdən biridir. Ona görə də bu məsələ ümumxalq məsələsidir. Biz vaxtilə Qarabağa qayıtmaq üçün milli enerjimizin bütün komponentlərini vahid məqsəd uğrunda səfərbər etdiyimiz kimi Qərbi Azərbaycana qayıtmaq üçün də etməliyik. Qərbi azərbaycanlılar Vətən müharibəsindən sonra ən azından işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşdırılmaları ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət edirdilər. Ancaq postmüharibə dövrünün ikinci ilində artıq yeni reallıqlar kontekstində Qərbi Azərbaycana qayıdış da aktuallaşıb. Ona görə də Qərbi azərbaycanlılardan çoxsaylı müraciətlər daxil olur. Nəzərə almaq lazımdır ki, 1987-1991-ci illər elə də uzaq tarix deyil və yurd həsrətilə yaşamaq olduqca çətindir. Onlar ömrünün qalan hissəsini öz torpaqlarında keçirmək istəyirlər və bu cür insanların sayı kifayət qədərdir".

Sədr müavini bildirib ki, Azərbaycan Prezidentinin Qərbi Azərbaycan İcması ilə görüşündən sonra Qərbi azərbaycanlılarda tarixi yurdlarına qayıtmaqla bağlı yeni ümidlər yaranıb: "Şübhəsiz ki, Qayıdış Konsepsiyası təkcə mənəviyyat deyil, həm də hüquq hadisəsidir. Bu baxımdan xarici əlaqələrin qurulması vacibdir. Artıq qəbul olunmuş konsepsiyanın mühüm bir istiqaməti də beynəlxalq təşkilatlarla, xarici ölkələrdəki insan hüquqları təşkilatları ilə legitim tərəfdaş kimi əməkdaşlıq etmək icmanın fəaliyyət istiqamətlərindən biridir. Bununla bağlı konseptual əsaslar hazırlanıb. Şübhəsiz ki, bu, yeni konsepsiya əsasında hazırlanacaq fəaliyyət proqramında da öz əksini tapacaq".

Hikmət Babaoğlu ilə geniş müsahibəni bu linkdən oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi