Hicran Hüseynova Samuxda vətəndaşlarla görüşəcək

Hicran Hüseynova Samuxda vətəndaşlarla görüşəcək Qəbulda Göygöl, Naftalan, Mingəçevir, Yevlax, Goranboy, Xocalı, Gəncə şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər
Daxili siyasət
1 Mart , 2016 20:43
Hicran Hüseynova Samuxda vətəndaşlarla görüşəcək

Bakı. 1 mart. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Samux rayonunda vətəndaşların qəbulunu keçirəcək. Bu barədə "Report"a komitənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüş mart ayının 14-də olacaq.

Qəbulda Göygöl, Naftalan, Mingəçevir, Yevlax, Goranboy, Xocalı, Gəncə şəhər və rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edə bilərlər.

Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Samux rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.

Son xəbərlər

Orphus sistemi