Yuxarı
    Bağlamaq

    Hicran Hüseynova: "Hələ də elə ölkələr var ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrı-seçkilik mövcuddur"

    Qadınların işləməsinə, sahibkarlıqla məşğul olmasına bir cox maneələr olur© Report.az

    Bakı. 25 aprel. REPORT.AZ/ "Müasir dövrdə hələ də elə ölkələr var ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrı-seçkilik mövcuddur".

    "Report" xəbər ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

    Onun sözlərinə görə, qızların təhsil almasına və davam etdirməsinə, qadınların işləməsinə, sahibkarlıqla məşğul olmasına bir cox maneələr olur: "Bunlar əsasən yoxsulluq, erkən yaşda evlilik, gender əsaslı zorakılıq, cəmiyyətdə qadınların, qızların statusu ilə bağlı yanlış təsəvvürlər, stereotiplərdir".

    Komitə sədri qeyd edib ki, qaçqın və məcburi köçkün qadınların da sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi də vacib məsələlərdəndir: "Son illərdə qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur. Statistik rəqəmlər də müsbət dinamikadan xəbər verir. Belə ki, əgər 2012-ci ildə sahibkar qadınların xüsusi çəkisi 17% idisə, 2017-ci ilin əvvəlinə bu göstərici 21%-ə çatıb. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi