Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotosərgi keçirilib

Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotosərgi keçirilib "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən Bakı Fotoqrafiya Evində Heydər Əliyevin xatirəsinə həsr olunmuş unikal fotosərginin açılışı həyata keçirilib.
Daxili siyasət
8 may 2023 13:02
Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotosərgi keçirilib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən Bakı Fotoqrafiya Evində Heydər Əliyevin xatirəsinə həsr olunmuş unikal fotosərginin açılışı həyata keçirilib.

"Report" xəbər verir ki, sərginin açılışında İçərişəhər DTMQİ İdarə Heyətinin Sədri Şahin Seyidzadə, Milli Məclisin Deputatı Nigar Arpadarai, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Sədri Muxtar Nağıyev və fotoqraf Rafiq Bağırov, Azərbaycan Fotoqraflar Birliyi və AZƏRTAC-ın nümayəndələri, həmçinin İçərişəhər DTMQİ-nin əməkdaşları iştirak edib.

Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoşəkillər tanınmış fotoqraflar Rafiq Bağırov, Yaşar Xəlilov, Oqtay Məmmədov və digərlərinin işlərində nümayiş olunub.

Heydər Əliyevin dünya liderləri ilə görüşlərini və iş fəaliyyətini lentə alan fotoqraflar Ümummilli Lider ilə birgə keçirdikləri böyük yolun xatirələrini fotoqrafiya dili ilə bu sərgidə paylaşıb.

R.Bağırov peşəkar həyatının bir çox illərini Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı qismində keçirib. Yaşar Xəlilov və Oqtay Məmmədov AZƏRTAC-da üzünmüddət çalışmış fotoqraflar idilər.

Sərgi mayın 14-dək davam edəcək.

Qeyd edək ki, bu il Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100-cü ildönümüdür. Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan olunub.

Son xəbərlər

Orphus sistemi