"Report"un Cənub mərkəzi xəbər verir ki, ulu öndərin adını daşıyan xatirə parkındakı abidəsi önündə keçirilən möhtəşəm bayram konsertində əllərində dövlət bayraqları tutmuş minlərlə lənkəranlı iştirak edib.
Ümummilli liderin əziz xatirəsi Lənkəranda həmişə ehtiramla yad olunur. Lənkəranın hərtərəfli inkişafında və cənub bölgəsinin iqtisadi-mədəni mərkəzinə çevrilməsində dahi rəhbərin əvəzsiz xidmətlərini heç vaxtı unutmayan lənkəranlılar bu gün ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti
Həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, yeni istifadəyə verilən sosial obyektlər, ən yüksək səviyyədə yaradılan infrastruktur, eyni zamanda Heydər Əliyev Fondunun xəttilə görülən işlər sakinlərin rifahını daha da yaxşılaşdırmaqla bərabər onlara tükənməz sevinc bəxş edir.
Konsertdə respublikanın tanınmış incəsənət ustaları tamaşaçılara biri-birindən gözəl mahnı çələngi bəxş ediblər.