Yuxarı
    Bağlamaq

    Heydər Əliyev Mükafatına Tahir Salahovun namizədliyi irəli sürülüb

    Əsasnaməyə görə, Heydər Əliyev Mükafatı hər il mayın 10-da – Heydər Əliyevin doğum günündə verilməlidir

    Bakı. 3 aprel. REPORT.AZ/ 2015-ci il üçün Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatına xalq rəssamı Tahir Teymur oğlu Salahovun namizədliyi müvafiq şəxslər və təşkilatlar tərəfindən “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi”nə uyğun olaraq Komissiyaya təqdim edilib.

    “Report”un xəbərinə görə, bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasından məlumat verilib.

    Qeyd edək ki, bu mükafat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il martın 10-da imzaladığı fərmanla təsis olunub. Əsasnaməyə görə, Heydər Əliyev Mükafatı hər il mayın 10-da - Heydər Əliyevin doğum günündə verilməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi