Heydər Əliyev Mərkəzi Rusiyaya dəstək verdi

Heydər Əliyev Mərkəzi Rusiyaya dəstək verdi Aprelin 9-da Heydər Əliyev Mərkəzinin binası üzərinə Rusiya Federasiyasının bayrağı videoproyeksiya olunub.
Daxili siyasət
9 Aprel , 2020 22:39
Heydər Əliyev Mərkəzi Rusiyaya dəstək verdi

Aprelin 9-da Heydər Əliyev Mərkəzinin binası üzərinə Rusiya Federasiyasının bayrağı videoproyeksiya olunub.

“Report” xəbər verir ki, bununla Azərbaycanın koronavirus (COVID-19) xəstəliyinin yayılmasına qarşı Rusiya ilə həmrəyliyi ifadə edilib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün pandemiyanın geniş yayıldığı bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur.

Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. İndiyədək virusdan zərər çəkən Çin, Fransa, Almaniya, İran və İtaliyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi