“Heydər Əliyev İli” çərçivəsində Şirvan Apellyasiya Məhkəməsində sahibkarlarla dəyirmi masa keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Şirvan Apellyasiya Məhkəməsində sahibkarlarla dəyirmi masa keçirilib “Heydər Əliyev İli” çərçivəsində Şirvan Apellyasiya Məhkəməsində bir qrup sahibkarlarla dəyirmi masa keçirilib
Daxili siyasət
3 Mart , 2023 17:09
“Heydər Əliyev İli” çərçivəsində Şirvan Apellyasiya Məhkəməsində sahibkarlarla dəyirmi masa keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Şirvan Apellyasiya Məhkəməsində məhkəmənin yurisdiksiyasına aid şəhər və rayonlarda fəaliyyət göstərən bir qrup sahibkarlarla dəyirmi masa keçirilib.

Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Tədbirdə Şirvan apellyasiya və kommersiya məhkəmələrinin hakimləri və aparat işçiləri, Ədliyyə Nazirliyinin və Şirvan regional ədliyyə idarəsinin, Mediasiya Şurasının təmsilçiləri iştirak ediblər.

İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin Şirvan şəhərində ucaldılmış abidəsi ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Dəyirmi masanın açılışında xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məhkəmələrdə və ədliyyə orqanlarında keçirilən silsilə tədbirlərdən danışılıb, təməli ulu öndər tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının vətəndaşların, o cümlədən sahibkarların etibarlı məhkəmə müdafiəsi hüququnun təmin olunmasına xidmət etdiyi vurğulanıb.

Şirvan Apellyasiya Məhkəməsinin sədr müavini Zaur Allahyarov Vətəninə və xalqına sıx bağlı olan ümummilli lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolu haqqında danışıb, Ulu Öndərin milli dövlətçiliyimizin bərpasında, ölkəmizin dərin böhrandan çıxaraq uğurlu inkişaf yoluna qədəm qoymasında misilsiz xidmətlərini qeyd edib. Bildirib ki, Ümummilli Liderin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə nəhəng irəliləyişlərə nail olunub, ölkə iqtisadiyyatı dünyanın aparıcı iqtisadiyyatları ilə müqayisə edilə biləcək səviyyəyə çatıb, insanların rifahı yüksəlib, Azərbaycan xalqının uzun illər həsrətində olduğu doğma torpaqlarımız düşməndən azad edilib. Vurğulayıb ki, Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayır və dərin ehtiramla yad edilir.

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları, bu sahədə əldə edilən nailiyyətlər və müasir çağırışlar barədə danışan Şirvan Kommersiya Məhkəməsinin sədri Namidar Misirzadə ölkəmizdə azad sahibkarlıq mühitinin formalaşdırılmasında, sahibkarlıq sahəsində fəaliyyətin normativ əsaslarının müəyyən edilməsi, sahibkarlıq subyektlərinin hüquq və mənafelərinin qorunması sahəsində qanunvericilik bazasının yaradılmasında Ulu Öndərin əvəzsiz xidmətlərindən bəhs edib.

Bildirib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son dövrlər aparılan mütərəqqi islahatlar çərçivəsində məhkəmə hakimiyyətinə ictimai etimadın yüksəldilməsi, vətəndaşların hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması, o cümlədən sahibkarlıq subyektlərinin hüquq və qanuni maraqlarının qorunması ilə bağlı mühüm qanunvericilik, institusional və digər əməli işlər aparılıb. Bu sahədə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı mühüm “yol xəritəsi” olmaqla ardıcıl tədbirlər görülür.

Dəyirmi masada kommersiya məhkəmələrinin fəaliyyət istiqamətləri və ona müraciət qaydaları, kommersiya mübahisələrinə dair işlərə yuxarı instansiya məhkəmələrində baxılmasının xüsusiyyətləri, mübahisələrin məhkəmədən kənar həlli institutu olan mediasiya prosesi ilə bağlı çıxışlar edilib, “Elektron məhkəmə” informasiya sisteminin funksional imkanları, o cümlədən “Şəxsi elektron kabinet” barədə məlumat verilərək əyani təqdimat nümayiş etdirilib.

Sonra fikir mübadiləsi aparılaraq tədbir iştirakçılarının sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi