Heydər Əliyev hava limanında işləyən sərhədçilər və digər hüquq-mühafizə orqanlarının nümayəndələri üçün təlim keçirilir

Heydər Əliyev hava limanında işləyən sərhədçilər və digər hüquq-mühafizə orqanlarının nümayəndələri üçün təlim keçirilir Təlimin sessiyaları BMT QAK-ın, Ombudsman Aparatının və Dövlət Miqrasiya Xidmətinin QSM idarəsinin əməkdaşları tərəfindən aparılacaq
Daxili siyasət
12 Fevral , 2016 22:55
Heydər Əliyev hava limanında işləyən sərhədçilər və digər hüquq-mühafizə orqanlarının nümayəndələri üçün təlim keçirilir

Bakı. 12 fevral. REPORT.AZ/ Heydər Əliyev Beynəlxalq Hava Limanında işləyən sərhədçilər və digər hüquq-mühafizə orqanlarının nümayəndələri üçün təşkil ediləcək “Sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda bir günlük təlim keçirilir.

BMT-nin Bakıdakı ofisindən "Report"a verilən məlumata görə, təlimin məqsədi Heydər Əliyev Beynəlxalq Hava Limanında işləyən və sığınacaq/miqrasiya məsələlərinə cəlb olunan hökumət rəsmilərinin bacarıq, bilik və təcrübələrinin daha da inkişaf etdirilməsinə töhfə verməkdən ibarətdir.

Təlimin sessiyaları BMT QAK-ın, Ombudsman Aparatının və Dövlət Miqrasiya Xidmətinin QSM idarəsinin əməkdaşları tərəfindən aparılacaq.

Qeyd edək ki, Azərbaycan 2013-ci ilin aprel ayında fəaliyyətə başlayan Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsində iştirak edən altı ölkədən biridir. Bu layihə BMT QAK tərəfindən həyata keçirilir və altı ölkədə sığınacaq prosedurları və qaçqınların himayəsini yaxşılaşdırmağa yönəlib.

Son xəbərlər

Orphus sistemi