Yuxarı

Həsən Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək

O, Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə mükafatlandırılıb

Bakı. 2 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Həsən Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə Həsən İbrahim oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi