Hesablama Palatasının xərclər smetası azaldılıb

Hesablama Palatasının xərclər smetası azaldılıb Layihə parlamentin bu gün keçirilən iclasında qəbul olunub
Daxili siyasət
4 Mart , 2016 16:27
Hesablama Palatasının xərclər smetası azaldılıb

Bakı. 4 mart. REPORT.AZ/ 2016-cı il üçün Hesablama Palatasının xərclər smetası 47 026 manat və ya 1,24% azaldılıb. "Report"un məlumatına görə, bu, “Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında” Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı layihədə öz əksini tapıb.

Dəyişikliyə əsasən, bu il üçün Hesablama Palatasının xərclər smetası 3 mln. 778 min 468 manat təşkil edəcək. Qeyd edək ki, ötən il oktyabrın 20-də Milli Məclis Hesablama Palatasının xərclər smetasını 3 mln. 825 min 494 manat səviyyəsində təsdiqləmişdi.

Layihə parlamentin bu gün keçirilən iclasında qəbul olunub.

Son xəbərlər

Orphus sistemi