Hesablama Palatasının kollegiya iclası keçirilib

Hesablama Palatasının kollegiya iclası keçirilib Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi ilə bağlı sənədlər prokurorluğa göndərilib
Daxili siyasət
15 İyul , 2015 18:34
Hesablama Palatasının kollegiya iclası keçirilib

Bakı. 15 iyul. REPORT.AZ/ Hesablama Palatasının kollegiya iclası keçirilib. "Report" Palatanın saytına istinadən bildirir ki, kollegiya iclasında bir sıra nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.

Müzakirələr dövlət büdcəsindən və büdcədənkənar daxilolmalardan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsindən Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının tutulmasına dair, dövlət büdcəsindən Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin (Strasburq) saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair hesabatları əhatə edib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, Xarici İşlər Nazirliyinə və Azərbaycanın Niderland Krallığındakı səfirliyinə göndərilməsi qərara alınıb.

Dövlət büdcəsindən 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin (Strasburq) saxlanılmasına ayrılan vəsaitlərin istifadəsi zamanı büdcə vəsaitlərindən qanunsuz istifadə, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi, dövlət sirrinin qorunmaması, hesabatlılığın təmin edilməməsi halları və bir sıra ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə külli miqdarda zərər vurulması ehtimalı nəzərə alınaraq müvafiq yoxlama materiallarının Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

Nəticələri ilə bağlı qərar qəbul edilmiş audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim edilməsi qərara alınıb.

Kollegiya iclasında, həmçinin, iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə Audit proqramları təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi