Xidmət rəisi: "Hərbi xidmətə yararsız hesab olunan, lakin orduda xidmət etmək istəyən çağırışçıların sayı artıb"

Xidmət rəisi: "Hərbi xidmətə yararsız hesab olunan, lakin orduda xidmət etmək istəyən çağırışçıların sayı artıb" "Bu gün Azərbaycan gəncləri Silahlı Qüvvələrin sıralarında xidmət etməyə hazırdır"
Daxili siyasət
13 Fevral , 2015 12:22
Xidmət rəisi: Hərbi xidmətə yararsız hesab olunan, lakin orduda xidmət etmək istəyən çağırışçıların sayı artıb

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanda gənclər arasında böyük ruh yüksəkliyi var. Hətta tərəfimizdən hərbi xidmətə yararsız hesab olunan çağırışçıların,  hətta həmin çağırışçılardan bəziləri ordu sıralarında xidmət etmək istəyi ilə bizə müraciət edirlər. "Report" xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi Arzu Rəhimov jurnalistlərə açıqlamasında bildirib.

"Düzdür, biz onları orduya göndərə bilmirik amma bu kimi müraciətlər quruma daxil olur və onu da deyim ki, bu müraciətlərdə ötən illərə nisbətən artım da müşahidə olunur", - A.Rəhimov deyib.

Onun sözlərinə görə, gənclər gələcək həyatlarını düşündüklərinə görə, ordu sıralarında xidmət etməyə can atırlar: "Çünki artıq bir çox iş yerlərində, dövlət qulluğuna qəbul zamanı və digər özəl şirkətdə belə hərbi xidmət haqqında sənəd tələb olunur".

Xidmət rəisi vurğulayıb ki, bu gün Azərbaycan gəncləri Silahlı Qüvvələrin sıralarında xidmət etməyə hazırdır. 

Son xəbərlər

Orphus sistemi