Dekabrın 11-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev ömrü boyu qəlbi vətən sevgisi ilə döyünən, milli-mənəvi dəyərlərə sıx bağlı olan, azadlığa, müstəqilliyə gedən yolumuzu nurlandıran, daim milləti ilə birlikdə olmaqla, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq hər bir çətin şəraitdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin beynəlxalq aləmdə və Azərbaycan tarixində rolu, o cümlədən demokratik, hüquqi dövlət quruculuğu və ölkəmizin qüdrətlənməsi istiqamətində həyata keçirdiyi tədbirlər və gördüyü nəhəng işlər barədə ətraflı məlumat verib.
Dahi şəxsiyyətin zəngin və mənalı həyatı, çoxşaxəli fəaliyyəti və misilsiz xidmətlərindən bəhs etməklə çıxışını davam etdirən Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, şərəfli və mənalı ömür yolunun 34 ilini ölkəmizin rəhbəri kimi dövlətimizin tərəqqisinə və xalqımızın rifahına həsr edən ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. X.Vəliyev bildirib ki, Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ ulu öndərin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb.
Bugünkü müstəqilliyimizin əldə olunması məhz həmin dövrdə ümummilli lider Heydər Əliyevin Azərbaycanın sosial, iqtisadi, siyasi və mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanması istiqamətində istər açıq, istərsə də gizli şəraitdə gördüyü əhəmiyyətli işlər nəticəsində mümkün olub. Azərbaycanın müstəqilliyinin davamlılığı və suveren siyasət həyata keçirməsi, böyük insan Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qurulan və uğurla davam etdirilən dövlətçilik ənənələrinin sayəsində təmin edilib.
Ulu öndər Heydər Əliyevin istefa verdiyi vaxtdan, yəni 1987-ci ilin oktyabr ayından 1993-cü ilin iyun ayında növbəti dəfə hakimiyyətə qayıdışınadək olan dövr ərzində ölkədə yaranmış özbaşınalığın, anarxiyanın, xaosun, hakimiyyət nümayəndələrinin xalq və dövlətin deyil, ayrı-ayrı şəxslərin maraqlarına xidmət etməsinin iqtisadiyyatımızın iflic vəziyyətə düşməsi, ictimai-siyasi sabitliyin pozulması, eləcə də tarixi torpaqlarımızın işğal olunması ilə nəticələndiyini, eyni zamanda vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsini yaratdığını, yalnız ümummilli liderin xalqın israrlı tələbi ilə qayıdışından sonra hər şeyin müsbətə doğru dəyişdiyini vurğulayan Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən bu böyük qayıdış ölkəmizin müstəqil dövlət kimi varlığını şərtləndirdi və bununla da vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alındı, respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirildi, separatçı meyillərə son qoyuldu, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb.
Bundan sonra, X.Vəliyev dahi lider Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanan müdrik siyasətini yeni müstəvidə və dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti
Millətinə xidməti həyat amalına çevirilən İlham Əliyevin xalq qarşısında verdiyi vədləri əməlləri ilə doğruldaraq hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirdiyini qeyd edən ədliyyə general-leytenantı Xanlar Vəliyev ölkə başçısının hər zaman xalqın içində olmasının, mütəmadi olaraq vətəndaşlarla bilavasitə görüşməsinin, onların qayğıları ilə maraqlanmasının, müraciətlərinə xüsusi həssaslıqla yanaşmasının, ciddi problemləri ilə bağlı məsələləri nəzarətə götürməsinin, üzləşdikləri bütün çətinlikləri aradan qaldırmasının dövlətin və rəhbərinin vətəndaşa verdiyi yüksək dəyərin təcəssümü olduğunu bildirərək, analoqu olmayan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının müstəsna əhəmiyyətini, adı çəkilən normativ hüquqi aktın yüz minlərlə insanın rifahına müsbət təsirini xüsusi vurğulayıb.
Hərbi prokuror Xanlar Vəliyev həmçinin qeyd edib ki, ölkədə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, dünya tarixi-mədəni irsinin inkişafına və tolerantlığa xüsusi önəm verilməsi, beynəlxalq hüquqa və dünyada mövcud olan siyasi dəyərlərə sədaqət Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmaqla, dünya dövlətləri sırasında mövqeyini hərtərəfli möhkəmləndirib. Ölkəmizdə gedən sürətli inkişafın beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayan Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, Davos Ümumdünya İqtisadi Forumuna əsasən Azərbaycan islahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə dünyada birinci onluqda qərarlaşıb. Dünya Bankı tərəfindən yayılan "Doing Business 2020" hesabatında isə Azərbaycan 20 ən islahatçı dövlət siyahısına daxil edilməklə, dünyanın bir çox ölkələrini geridə qoyub. Bütün bunlar qəti əminliklə onu deməyə əsas verir ki, Azərbaycan etibarlı və peşəkar əllərdədir.
Ölkəmizdə bütün sahələrdə uğurlar əldə olunmasını və dövlətimizin hərtərəfli qüdrətlənməsini vurğulamaqla nitqini davam etdirən Hərbi prokuror X.Vəliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xalqda olan sonsuz inamdan irəli gələn misilsiz sevgidən bəhs etməklə çıxışını yekunlaşdıran X.Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi millətimizin və dövlətimizin maraqlarına xidmət edən ulu öndər siyasətinin möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında, qanunun aliliyinin təmin edilməsində, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə icra etməklə, Azərbaycanın firavan gələcəyinin təminatı olan müdrik siyasəti daim dəstəkləyəcəkdir.
Çıxışının sonunda X.Vəliyev bildirib ki, mənalı və fədakar həyatı, çoxşaxəli zəngin fəaliyyəti ilə "Dünyanın ən böyük azərbaycanlısı" adını qazanmış ulu öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsi dünya tarixində və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaqdır.
Tədbir böyük şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.