Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri təqaüdə göndərilib

Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri təqaüdə göndərilib Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə hələlik təyinat olmayıb
Daxili siyasət
22 Fevral , 2017 16:36
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri təqaüdə göndərilib

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri, hərbi prokurorun köməkçisi, polkovnik Əfrahim Təhməzov təqaüdə göndərilib.

"Report"un xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Ə.Təhməzov səhhətindəki problemlərlə əlaqədar prokurorluq orqanlarından tərxis olunub.

Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə hələlik təyinat olmayıb.  

Son xəbərlər

Orphus sistemi