Yuxarı
    Bağlamaq

    Hakimliyə namizədlər Türkiyədə təlim keçiblər

    Digər namizədlər də bu təlimlərə cəlb olunacaqlar

    Bakı. 2 iyun. REPORT.AZ/ Hakimliyə namizədlərdən 60 nəfərdən çoxu Türkiyə dövlətinin hesabına Ankarada 2 həftəlik tədris səfərlərində olub.

    Ədliyyə Akademiyasından "Report"a verilən məlumata görə, kursun proqramına uyğun olaraq, digər namizədlər də bu təlimlərə cəlb olunacaqlar.

    Təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən təlimlər zamanı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, mülki vəcinayət prosessual hüququn bəzi müddəaları, məhkəmə iclasının idarə olunması və s. aktual mövzular üzrə tədris olunub, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

    Namizədlər, həmçinin Türkiyə Böyük Millət Məclisində, Ali Məhkəmədə, Ədliyyə Nazirliyində, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyində təcrübi məşğələlər keçib, Türkiyənin məhkəmə-hüquq sistemi ilə tanış olub, habelə 28 may Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyində keçirilmiş tədbirdə iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi