​Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək

​Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək Partiya bu barədə bəyanat yayıb
Daxili siyasət
17 Aprel , 2015 17:56
​Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək

Bakı. 17 aprel. REPORT.AZ/ Müsavat Partiyası 19 aprelə təyin etdiyi yürüşə razılıq verilmədiyinə Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verəcək.

Partiyadan "Report"a daxil olan bəyanatda qeyd olunub ki, yürüşlə bağlı müraciəti imzalayan şəxslərdən biri kimi Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı aprelin 14-də BŞİH-ə dəvət edilərək, ona Bakı şəhərində hər hansı yürüşün keçirilməsinə icra hakimiyyətinin razılıq verməyəcəyi deyilib: "Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov sonuncu dəfə aprelin 15-də Müsavat Partiyasının təmsilçisi ilə telefon danışığında müraciətə rəsmi cavab olacağını təsdiqləyib. Bu gün isə icra hakimiyyətindən müraciətə rəsmi cavabın olmayacağını, qurumun bu məsələ ilə bağlı rəsmi açıqlamalarının mətbuat vasitəsilə verildiyini bildiriblər. Müsavat Partiyası bütün bunları nəzərə alaraq bəyan edir ki, məsələnin hüquq müstəvisində həlli üçün məhkəməyə müraciət ediləcək".

Son xəbərlər

Orphus sistemi