Hakim partiya boş olan seçki dairələrindən yeni namizədlər irəli sürüb

Hakim partiya boş olan seçki dairələrindən yeni namizədlər irəli sürüb Əli Əhmədovun dairəsindən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun namizədliyi irəli sürülüb
Daxili siyasət
15 Sentyabr , 2015 18:28
Hakim partiya boş olan seçki dairələrindən yeni namizədlər irəli sürüb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2010-2015-ci ildə Milli Məclisdə boş qalan deputat yerlərinə partiyanın yeni namizədlərini irəli sürüb.

"Report"un məlumatına görə, YAP 2010-cu ildə baş nazirin müavini Əli Əhmədovun deputat seçildiyi 19 saylı Nərimanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının deputat seçildiyi 100 saylı Şəmkir-Daşkəsən, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının (PA) baş katibi, akademik Asəf Hacıyevin deputat seçildiyi 8 saylı Nizami ikinci (Gəncə), yol qəzasında ölən Hikmət Atayevin deputat olduğu 110 saylı Zaqatala Seçki dairələrinə yeni namizədlər göstərib.

Belə ki, 2015 il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 19 saylı Nərimanov Seçki Dairəsindən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun (Hikmət Məmmədov), 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsindən Kamran Bayramovun, 38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Naqif Əliəşrəf oğlu Həmzəyevin, 110 saylı Zaqatala Seçki Dairəsindən isə Bəhruz Qurna oğlu Bayramovun namizədliyi irəli sürülüb.

Xatırladaq ki, Mübariz Qurbanlının 2014-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi, Asəf Hacıyevin isə 2014-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının (PA) baş katibi seçilməsinə görə deputat mandatlarına xitam verilib. Hikmət Atayev isə 2013-cü ildə ağır yol qəzasında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi