Hafiz Paşayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Hafiz Paşayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib Azərbaycan Respublikasında təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hafiz Mir Cəlal oğlu Paşayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin
Daxili siyasət
29 Aprel , 2021 16:57
Hafiz Paşayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Hafiz Paşayev

Azərbaycan Respublikasında təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hafiz Mir Cəlal oğlu Paşayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, H.Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olub. O, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib.1964-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.

1971-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub.

1975-1976-ci illərdə İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib. 1984-cü ildə doktorluq dissertasiyası müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

1992-2006-cı illərdə Azərbaycanın ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Ölkə prezidentinin 14 avqust 2006-cı il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini – Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.

2011-ci il mayın 2-də Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

2 may 2016-cı il tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif olunub.

2019-cu ilin iyul ayında 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

100-dən artıq elmi əsər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifi olan H.Paşayev ingilis və rus dillərini bilir.

Evlidir, iki övladı var.

Son xəbərlər

Orphus sistemi