Hacıbala Abutalıbov: “Badamdarda sürüşmə zonasındakı yaşayış evləri söküləcək”

Hacıbala Abutalıbov: “Badamdarda sürüşmə zonasındakı yaşayış evləri söküləcək” Bakı. 15 oktyabr. REPORT.AZ/ “Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasındakı yaşayış evləri söküləcək. Bu, vacibdir. Evlər sökülməli, ağırlıq oradan götürülməlidir ki, gərginlik müəyyən qədər azalsın”.
Daxili siyasət
1066
15 Oktyabr , 2018 16:53
Hacıbala Abutalıbov: “Badamdarda sürüşmə zonasındakı yaşayış evləri söküləcək”
Report

Bakı. 15 oktyabr. REPORT.AZ/ “Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasındakı yaşayış evləri söküləcək. Bu, vacibdir. Evlər sökülməli, ağırlıq oradan götürülməlidir ki, gərginlik müəyyən qədər azalsın”.

“Report” xəbər verir ki, bunu Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.

H.Abutalıbov qeyd edib ki, söküntü işləri indi aparıla bilməz, çünki hazırda əraziyə hər hansı müdaxilə yolverilməzdir.

Baş nazirin müavini bildirib ki, sürüşmə ərazisində araşdırılma aparılmalıdır, öyrənilməlidir, sonra nəticəyə gəlmək olar: “Qərara gəlinib ki, ərazidəki quyuların suyu analiz edilsin. Analizlərin nəticəsi oktyabrın 16-da bizə təqdim ediləcək. Bu, bizə kömək olacaq”.

Qeyd edək ki, sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə qərargah yaradılıb.

Son xəbərlər

Orphus sistemi