“HaberGlobal” ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı süjet hazırlayıb

“HaberGlobal” ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı süjet hazırlayıb Türkiyənin “HaberGlobal” televiziyası müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı sujet hazırlayıb.
Daxili siyasət
12 dekabr 2022 10:13
“HaberGlobal” ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı süjet hazırlayıb
Heydər Əliyev

Türkiyənin “HaberGlobal” televiziyası müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı süjet hazırlayıb.

“Report” xəbər verir ki, süjetdə ulu öndərin hakimiyyətdə olduğu dövrdə gördüyü işlərdən bəhs olunub.

Qeyd edilib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan çiçəklənməyə başlayıb. Vurğulanıb ki, dahi siyasətçi ölkə iqtisadiyyatını düzgün istiqamətə yönləndirib, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub, həmin vaxtdan sonra ölkə iqtisadiyyatına xarici investisiya cəlb edilib.

Süjetdə həmçinin ulu öndərin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 illik həsrətdən sonra Qarabağın işğaldan azad edildiyindən də bəhs olunub. Bununla da Heydər Əliyevin Şuşa vəsiyyətinin gerçəkləşdiyi diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi