Gürcüstandan 320 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilir

Gürcüstandan 320 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilir Gürcüstandan 320 nəfərin Azərbaycana təxliyəsi prosesinə başlanılıb.
Daxili siyasət
19 Avqust , 2020 09:31
Gürcüstandan 320 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilir

Gürcüstandan 320 nəfərin Azərbaycana təxliyəsi prosesinə başlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, hazırda həmin şəxslər Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplanır.

Təxliyə olunanların 119-u Azərbaycan vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşları ilə nikahda olan, ölkədə daimi və ya müvəqqəti yaşayış icazəsi olan Gürcüstan və Rusiya vətəndaşlarıdır.

Onların ötən gün koronavirusla bağlı verdikləri testlər neqativ olub.

Səfirlikdən həmin şəxslərə COVID-19 arayışı veriləndən sonra onlar saat 10:00-da avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Səfirlikdən bildirilib ki, pandemiya dövründə Gürcüstandan Azərbaycana 2 060 nəfərin təxliyəsi təşkil olunub. Bununla yanaşı, digər ölkələrdən 398 Azərbaycan vətəndaşı da Gürcüstan ərazisi vasitəsilə Vətənə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi