Gürcüstandakı Azərbaycan vətəndaşları Tbilisidəki səfirlikdə səs verirlər

Gürcüstandakı Azərbaycan vətəndaşları Tbilisidəki səfirlikdə səs verirlər Səfir Dursun Həsənov səsvermənin başlanması ilə əlaqədar məlumat verib
Daxili siyasət
11 Aprel , 2018 08:11
Gürcüstandakı Azərbaycan vətəndaşları Tbilisidəki səfirlikdə səs verirlər
Report

Tbilisi. 11 aprel. REPORT. AZ/ Bu gün Azərbaycanın Gürcüstandakı səfirliyində prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

"Report"un Gürcüstan bürosunun xəbərinə görə, Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov səsvermənin başlanması ilə əlaqədar məlumat verib. Sonra o, səs verib. Diplomat seçicilərə uğurlar arzulayıb, onları Azərbaycanın xoşbəxt gələcəyi naminə səs verməyə dəvət edib.

Səfirliyin foyesində seçici syahıları asılıb. Bununla yanaşı, seçki komissiyasının üzvləri səfirliyə gəlmiş vətəndaşları əlavə qeydiyyata alıblar. Burada səfirliyin əməkdaşları, eləcə də bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin - SOCAR, "Azərbaycan Dəmir Yolları" QSC, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" və digər Azərbaycan şirkətlərinin nümayəndələri, Tbilisidə yaşayan, habelə hazırda Gürcüstan ərazisində xidməti ezamiyyətdə olan Azərbaycan vətəndaşları, eləcə də bu ölkənin müxtəlif ali məktəblərində təhsil alan tələbələr səfirlikdə təşkil olunmuş seçki məntəqəsində səsvermədə iştirak edirlər.

Hazırda səfirlikdə 557 nəfər qeydiyyatdadır.

Səsvermə saat 19:00-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi