Gürcüstanda azərbaycanlıların soyadları ilə bağlı imza toplanır

Gürcüstanda azərbaycanlıların soyadları ilə bağlı imza toplanır Gürcüstanda azərbaycanlıların soyadları ilə bağlı imza toplanır
Daxili siyasət
1079
2 Avqust , 2021 16:54
Gürcüstanda azərbaycanlıların soyadları ilə bağlı imza toplanır

Gürcüstanda azərbaycanlıların soyadlarından “ov” və “yev” sonluqlarının götürülməsi ilə bağlı imzatoplama kampaniyasına başlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, imzalar iki gün ərzində Tbilisidə, daha sonra isə bölgələrdə toplanacaq.

Tələb olunan 25 min imzanın yığılması üçün 45 gün müəyyən olunub. Kampaniyada istənilən Gürcüstan vətəndaşı iştirak edə bilər.

Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin Prosedur məsələlər və qaydalar Komitəsində ölkədə yaşayan azərbaycanlıların təşəbbüs qrupu qeydiyyata alınıb. Qrup üzvləri “ov”, “yev” və digər qeyri-autentik soyad sonluqlarından imtina edirlər və özlərinin əsl, autentik soyadlarının bərpasını istəyirlər. İmzalar toplanandan sonra parlamentə təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi