Güneyli mühacir: "Şuşada gördüklərim məndə böyük ümidlər yaradıb"

Güneyli mühacir: "Şuşada gördüklərim məndə böyük ümidlər yaradıb" "Şuşada gördüklərim məndə böyük ümidlər yaradıb".
Daxili siyasət
29 Noyabr , 2022 12:21
Güneyli mühacir: Şuşada gördüklərim məndə böyük ümidlər yaradıb
Maşallah Rəzmi

"Şuşada gördüklərim məndə böyük ümidlər yaradıb".

Bu sözləri "Report"un Qarabağ bürosuna açıqlamasında hazırda Şuşada səfərdə olan güney azərbaycanlı hüquq müdafiəçisi, tədqiqatçı Maşallah Rəzmi deyib.

35 ildir Fransada mühacirət həyatı yaşayan Maşallah Rəzmi bildirib ki, ən böyük arzusu Qarabağı ziyarət etmək olub. O, Qarabağın işğalından sonra bu torpaqlara gələcəyi günü səbrsizliklə gözlədiyini söyləyib:

"Hər dəfə düşünürdüm və bu fikirlə yaşayırdım ki, görəsən buralara gəlmək mənə nəsib olacaqmı? Bu gün arzuma çatdığım üçün özümü xoşbəxt hiss edirəm. Xalqımızın mədəniyyət beşiyi olan Şuşanı görmək istəyimin əsas səbəblərindən biri Pənahəli xanın burada olan mülkünü və onun tikdirdiyi tarixi abidələri yaxından görməkdir. Bu gün o qədər sevincliyəm ki, bunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Mən buranı hər zaman görmək arzusunda olmuşam. Çox şükür ki, bu gün böyük arzularımdan birinə çatdım".

Güneyli hüquq müdafiəçisi vurğulayıb ki, Şuşada gördükləri onda böyük ümidlər yaradıb: "Mən xaricdə yaşayan soydaşlarımızın hamısının buraya gəlməsini istəyirəm. Çünki hər bir azərbaycanlı işğaldan azad olunan bu torpaqları, bu gözəl diyarı və gözəl şəhəri ziyarət etməlidir. Şuşa bizim mədəniyyətimizin, musiqimizin beşiyidir".

M.Rəzmi həmçinin bildirib ki, Şuşanı görmək nə qədər sevindiricidirsə, bu sevincin arxasında kədər dolu anlar da mövcuddur: "Burada bəzi gördüklərimiz çox ağır və üzücü mənzərədir. Burada tarixi abidələr ermənilər tərəfindən dağıdılıb. Vandallıq aktına məruz qalan abidələrə baxdıqca ürəyimiz ağrıyır".

Son xəbərlər

Orphus sistemi