“Azərbaycanda vəkillərin sayı elə də çox deyil. Son il yarım ərzində bu say 800-dən 1500 nəfərə qədər artıb".
"Report"un xəbərinə görə, bunu Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfransda deyib.
O, vəkillərinin sayının artmsının çox yaxşı hal olduğunu bildirib: "Lakin qanunvericilikdə olan məhdudiyyətlər, xüsusilə də nümayəndəlik institutu ilə bağlı məhdudiyyətlər bəzi kateqoriyalı şəxslərin, xüsusilə Bakıdan kənarda yaşayan şəxslərin məhkəməyə müraciət etmək imkanlarına maneələr yaradıb. Bizdə olan məlumata görə elə rayon var ki, orada 1 vəkil fəaliyyət göstərir. Ona görə də vəkilliyə qəbul qaydalarının və ixtisas suallarının yüngülləşdirilməsinə ehtiyac var".