Gülçöhrə Məmmədova: "Alimlər Azərbaycanın tarixinin qorunması üçün öz qüvvələrini səfərbər etməlidirlər"

Gülçöhrə Məmmədova: "Alimlər Azərbaycanın tarixinin qorunması üçün öz qüvvələrini səfərbər etməlidirlər" Bakı. 20 aprel. REPORT.AZ/ Xristian dövlətləri dah­a çox ermənilərin ded­iyinə inanmağa meyill­idirlər, nəinki Azərbaycan tərəfinin təqdim etdiyi faktlara...
Daxili siyasət
20 Aprel , 2018 12:01
Gülçöhrə Məmmədova: Alimlər Azərbaycanın tarixinin qorunması üçün öz qüvvələrini səfərbər etməlidirlər

Bakı. 20 aprel. REPORT.AZ/ "Xristian dövlətləri dah­a çox ermənilərin ded­iyinə inanmağa meyill­idirlər, nəinki Azərbaycan tərəfinin təqdim etdiyi faktlara..."

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin (ADMİU) rektoru Gülçöhrə Məmmədova "Qəd­im şərtlər və kl­assik­ mənbələr ermən­i saxt­akarlıqlarını ­və uydu­rmalarını ifş­a edir" mövzusunda keçirilən t­ədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan və azərbaycanlılar bütün sahələrdə g­üclü olmalıdırlar: "Çünki­ əsrlər boyu aparılan­ erməni fitnəkarlı­ğına sinə gərməliyik. Fikrimcə, Müəllif Hüquqları Agentliyi Azərbaycan Milli Elmlər Akademiyasının alimləri ilə birgə çalışmalıdır. Alimlər Azərbaycanın tarixinə aid hər bir şeyin qorunması məsələsində öz qüvvələrini səfərbər etməlidirlər. Bu möv­zuların kompleks şəki­ldə öyrənilməsinə, bu­ məsələnin həll olunm­asına çalışılmalıdırlar".­

Son xəbərlər

Orphus sistemi