Göygöldə Polis Günü qeyd olunub - FOTO

Göygöldə Polis Günü qeyd olunub - FOTO Göygöl rayonunda polis işçilərinin peşə bayramı - Polis Günü qeyd olunub.
Daxili siyasət
1 İyul , 2019 19:04
Göygöldə Polis Günü qeyd olunub - FOTO

Göygöl rayonunda polis işçilərinin peşə bayramı - Polis Günü qeyd olunub.

"Report"un Qərb Mərkəzinə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, tədbirin iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarını ziyarət edib, əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Tədbirin rəsmi hissəsi rayonun Heydər Əliyev Mərkəzinin binasında davam etdirilib. Əvvəlcə Dövlət himni səsləndirildikdən sonra Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbriki oxunub.

Göygöl Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev Azərbaycan polisinin, o cümlədən rayon polis şöbəsinin əməkdaşlarının keçdiyi şərəfli yoldan ətraflı danışıb. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə Polis Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov təbrik nitqində bildirib ki, Azərbaycan polisinin keçdiyi 101 illik bu tarixi yol şərəfli yoldur, eyni zamanda bugünkü nəsil üçün örnəkdir: "Ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi hərtərəfli islahatların nəticəsi olaraq Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılıb. Hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanı, o cümlədən Azərbaycan polisi bu gün də insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır".

Tədbirin sonunda polis veteranlarına və xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

Son xəbərlər

Orphus sistemi