Göyçayda Novruz bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub

Göyçayda Novruz bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub Göyçayda Novruz bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub.
Daxili siyasət
19 Mart , 2023 23:07
Göyçayda Novruz bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub

Göyçayda Novruz bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvlərini və qaziləri ziyarət ediblər.

Ziyarət zamanı şəhid və qazilərimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağı vurğulanıb.

Yetmiş evdə qonaq olan polis əməkdaşları ailələrin qayğıları ilə maraqlanıb, bayram münasibətilə onları təbrik edərək gətirdikləri sovqatları ailələrə təqdim ediblər.

Son xəbərlər

Orphus sistemi