Yuxarı

​Siyavuş Novruzov: "İqtidar-müxalifət görüşünə qatılmayanlar xaricdən təlimat alırlar"

Bununla Azərbaycanda partiyaların birliyinin olmadığı görüntüsü yaratmaq istəyirlər

Bakı. 14 may. REPORT.AZ/ "Xarici ölkələrin Azərbaycandakı nüməyandəlikləri Xalq Cəbhəsi Partiyasına tapşırıq verməyincə, onlar partiya üzvlərinin qərarları ilə xalqın maraqlarına xidmət edən məsələdə iştirak etməzlər. Onlar yalnız xaricdən pul aldığı adamların tapşırığı ilə hərəkət edirlər".

Bunu "Report"a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S.Novruzov AXCP-nin iqtidarla-müxalifət arasında keçiriləcək görüşə qatılmamaqla qərarına münasibət bildirərkən qeyd edib ki, AXCP partiya deyil, xaricdə fəaliyyət göstərən hansısa qurumun Azərbaycandakı təmsilçisidir: "Əli Kərimliyə maliyyə dəstəyi verənlər onu təlimatlandırırlar, deyirlər ki, dialoqda iştirak etməsin. Yəni, görüntü yaradırlar ki, Azərbaycanda partiyaların birliyi yoxdur. Onlar milli məsələ olan Dağlıq Qarabağ kimi problemin müzakirəsində iştirak etmirlərsə, hansı demokratiyadan danışırlar? Bu, millətə, dövlətə xəyanətdir".

YAP icra katbinin müavini hesab edir ki, Müsavat Partiyasında legitimlik yoxdur, ona görə də təşkliat iqtidar-müxalifət görüşünə qatılıb-qatılmamaq haqda qərar verə bilmir: "Partiya üzvləri rəhbərliyə etimad göstərmirlərsə, qərarları necə qəbul edə bilər ki?! Ona görə Müsavat belə görüşlərdə iştirak etmir".

S.Novruzov deyib ki, Azərbaycan iqtidarı həmişə dialoqa hazır olub: "İqtidar müxalifət arasında keçirilən görüşlərdə ölkədəki bütün siyasi partiyalar iştirak edirlər. Sadəcə, bir-iki siyasi partiya özünü kənarda saxlayır. Onlar da konkret qərar qəbul etmək iqtidarında deyillər".

Qeyd edək ki, Azərbaycanda iqtidar-müxalifət arasında növbəti görüş mayın 15-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi