Yuxarı

Azərbaycanda gənclərin mənzil şəraitinin yaxşılaşdırılması mexanizmləri təkmilləşdiriləcək

Elm və texnika sahəsində çalışan gənclərin sayının artırılması gözlənilir

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycanda elm və texnika sahəsində çalışan gənclərin sayının artırılması nəzərdə tutulub. “Report” xəbər verir ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın icrasının nəticəsi olaraq gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması mexanizmlərinin davamlı olaraq təkmilləşdirilməsi gözlənilir.

Bu sıraya həmçinin gənclərin innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılması, onların praktikada tətbiqi üçün zəmin yaradılması, mədəniyyət və incəsənət, o cümlədən teatr, kino, dizayn və memarlıq sahəsinə gənclərin marağının artması, ölkənin regionlarında yaradıcı gənclərin çıxışlarının, sərgilərinin və ustad dərslərinin təşkil edilməsi, habelə xarici dövlətlərdə onların yaradıcılığının layiqincə təqdim və təbliğ edilməsi, gənc sahibkarların sayının artması, gənclərin beynəlxalq əlaqələrinin, habelə Azərbaycan üçün prioritet kəsb edən ölkələrin gəncləri ilə əlaqələrinin inkişaf etdirilməsi və s. daxildir.

Qeyd edək ki, Prezident İlham Əliyev “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Strategiya sənədi gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə təsdiqlənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi