ATB sədri: "Prezident İlham Əliyevlə görüş gənclərin cəmiyyətdəki rolunun artırılması baxımından çox vacib idi"

ATB sədri: "Prezident İlham Əliyevlə görüş gənclərin cəmiyyətdəki rolunun artırılması baxımından çox vacib idi" "Bu, ölkə başçısının gənclərə ən yüksək səviyyədə diqqətinin bariz nümunəsidir"
Daxili siyasət
1 Fevral , 2016 10:42
ATB sədri: Prezident İlham Əliyevlə görüş gənclərin cəmiyyətdəki rolunun artırılması baxımından çox vacib idi

Bakı. 1 fevral. REPORT.AZ/ Prezidenti İlham Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə iştirak edən Azərbaycan Tələbələr Birliyinin (ATB) sədri Elvin Aslanov görüş barədə fikirlərini bölüşüb.

"Report"un xəbərinə görə, E.Aslanov bildirib ki, ölkə Prezidenti İlham Əliyevin bir qrup fəal gənclə görüşməsi müstəsna əhəmiyyətə malikdir: "2 Fevral – Gənclər Günü ərəfəsində belə bir görüşün baş tutması ölkə başçısının gənclərə ən yüksək səviyyədə diqqətinin bariz nümunəsidir".

Onun sözlərinə görə, görüş gənclər siyasəti və gənclərin cəmiyyətdəki rolunun artırılması baxımından çox vacib idi: "Bu görüş biz gənclərə yeni hədəflərin müəyyən edilməsi, fəaliyyət istiqamətlərinin seçilməsi, məqsədlərin aydınlaşdırılması baxımından yararlı olacaqdır. Prezident hər dəfə gənclərə necə xüsusi qayğı ilə yanaşırsa, gənclər də bundan sonra Prezidentin ətrafında sıx birləşməklə ölkəmizin və dövlətimizin inkişafı üçün əllərindən gələni edəcəklər. Çalışacağıq ki, cənab Prezidentin göstərdiyi yolda, onun dəstəyi və diqqəti sayəsində inamla irəliləyək. Azərbaycan Tələbələr Birliyinin sədri kimi bəyan edirəm ki, bundan sonra da ölkəmizin inkişafında bütün bilik və bacarığımı sərf edəcəyəm".

Son xəbərlər

Orphus sistemi