Gənclər və könüllülər mükafatlandırıldı

Gənclər və könüllülər mükafatlandırıldı Fevralın 2-də Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi ilə Binəqədi Gənclər Evi tərəfindən 200-dən çox gəncin iştirakı ilə “GəncLİK üçün Danış!” Gənclər Forumu keçirilib.
Daxili siyasət
4 Fevral , 2020 16:05
Gənclər və könüllülər mükafatlandırıldı

Fevralın 2-də Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi ilə Binəqədi Gənclər Evi tərəfindən 200-dən çox gəncin iştirakı ilə “GəncLİK üçün Danış!” Gənclər Forumu keçirilib. 

"Report"un xəbərinə görə, Binəqədi RİH-də keçirilən Formda Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev açılış nitqi edib.

O, Azərbaycan gənclər siyasətindən, gənclər üçün yaradılan imkanlardan və Binəqədi Gənclər Evinin də bu imkanlar çərçivəsində gənclər üçün həyata keçirilən layihələrindən danışıb, 2019-cı ilin əsas nəticələrindən və 2020-ci ilin planları ilə bağlı məlumatlar verib.

Daha sonra Binəqədi RİH başçısının müavini Aygün Əliyeva Binəqədi rayon çərçivəsində gənclərlə olan fəaliyyətlərin vacibliyini vurğulayıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Rəvanə Həşimova isə çıxışı zamanı karyera istiqamətində bir çox layihələrin regionlarda da keçirilməsinin vacibliyini qeyd edib.

Binəqədi YAP rayon təşkilatının gənclər birliyinin sədri Anar Əliyev çıxışı zamanı gənclərin ölkə inkişafındakı rolunu vurğulayıb. 

UNICEF-in Azərbaycan nümayəndəliyi, Gənclər və Yeniyetmələrin İnkişafı proqramının əməkdaşı Natiq Umarov UNICEF çərçivəsində Azərbaycanda keçirilən layihələrdən, bu layihələrin gənclər evindəki faəliyyət istiqamətindən danışıb.

Forumun ikinci hissəsində 3 istiqamət üzrə spiker çıxışlarına yer verilib. 

Forumun üçüncü hissəsində Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan etməsi ilə əlaqədar olaraq, Binəqədi Gənclər Evinin strateji fəaliyyələri ilə bağlı məlumatlar verilib, gənclərlə fikir mübadiləsi aparılıb. 

Daha sonra 3 ay (28.10.2019 - 28.01.2020) davam edən “Könüllülük Akademiyası 2” (Gənc LiderlərimİZ) layihəsininin bağlanış mərasimi keçirilib. 

Gənclər üçün hazırlanan video-çarx izlənildikdən sonra fərqlənən 40 aktiv könüllü rəsmi qonaqlar tərəfindən təltif olunublar.

Forum çərçivəsində Binəqədi Gənclər Evinin 2020-ci il fəaliyyəti ilə bağlı gənclərin fikirləri, təklifləri, ideyaları alınıb, müzakirə olunub və bununla bağlı #BYF2020 müddətində xüsusi “Idea Box” istifadə olunub. 

Sonda aktiv gənclər və könüllülər ötən ilki fəaliyyətləri üzrə Binəqədi Gənclər Evi və Binəqədi RİH tərəfindən mükafatlandırılıblar.

Son xəbərlər

Orphus sistemi