Gənclər və idman naziri Mingəçevirdə vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Mingəçevirdə vətəndaşları qəbul edəcək Bakı. 23 mart. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov martın 27-də Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.
Daxili siyasət
1125
23 Mart , 2018 12:49
Gənclər və idman naziri Mingəçevirdə vətəndaşları qəbul edəcək

Bakı. 23 mart. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov martın 27-də Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək. 

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Mingəçevir şəhəri, 20 yanvar küçəsi 172, İH-nin yaxınlığı) başlayacaq.

Qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayon sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi